Dünya

Amerikada iğtişaşlar: 15 polis yaralandı

28 Aprel 2015 09:05
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 28-də ABŞ-ın Baltimor şəhərində polislə etirazçılar arasında toqquşmalar başlayıb. İnsidentə səbəb  polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qreyin sonradan xəstəxanada keçinməsi olub.

ABŞ prezidenti Barak Obama yaranmış vəziyyəti Baş prokuror Loretta Linç və Baltimor şəhərinin meri Stefani Rolinqs-Bleyki ilə müzakirə edib.

Baltimor şəhərində komendant saatı tətbiq edilib.
 
APA-nın "The Baltimore Sun" qəzetinə istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Stefani Rolinqs-Bleyki bəyan edib.
 
Komendant saatı axşam saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə qalacaq.
 
Bundan əvvəl Baltimorda baş verən kütləvi iğtişaşlarla əlaqədar Merilend ştatında fövqəladə vəziyyət elan edilib.
 
Polislə etirazçılar arasında toqquşmalarda 15 polis əməkdaşı yaralanıb.
 
Reuters agentliyinin verdiyi xəbərə görə, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
CNN telekanalının məlumatına görə, şəhərdə yanğınların başlandığı bildirilir. Yanğın bir neçə qeyri-yaşayış binası və talan edilmiş ticarət obyektlərini əhatə edir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Zərərçəkənlər barədə məlumat verilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.