Dünya

Rövşən Lənkəranskinin son hücumu - FOTO

27 Aprel 2015 16:47
2 Şərh     Baxış: 7 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qanuni oğru Türkiyədə irimiqyaslı "sxodka" keçirib

Keçən həftə Türkiyədə postsovet məkanından olan "qanuni oğru"ların irimiqyaslı "sxodka"sı olub.

Anspress-in məlumatına görə, Rusiya kriminal saytlarının yazdığına görə, əsasən Moskvada fəaliyyət göstərən Ded Hasan qruplaşmasının düşməni olan "qanuni oğru"ların toplaşdığı "sxodka"ya rəhbərliyi azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski edib.

"Sxodka"da Ded Hasan qruplaşmasına yaxın olan 4 belarus "qanuni oğru"nun Mumu, Paştet, Medveçonok və Lebedin adı əlindən alınıb. Onların göstərilən etimadı doğrultmadığı, dəfələrlə frayerlər tərəfindən döyüldüyü göstərilib ki, oğru qanunlarına görə bu yolverilməzdir.

Türkiyədə qəbul edilmiş qərar Ded Hasanın varisi Şakronun son addımlarına cavab kimi dəyərləndirilir. Şakro 15-ə yaxın qanuni oğrunun, o cümlədən Belarusdakı rəhbər Saşa Kuşnerin adının alındığını qeyd edib. Sxodkada çeçen "qanuni oğru" Əhməd Şalinskinin də ünvanına iradlar səslənib. Belaruslarla birlikdə taclandırılmış Əhməd sonradan üz döndərərək Ded Hasan tərəfdarlarına üz tutub və qanuni oğru adını onlardan alıb.

Rövşən bildirib ki, bu cür davranış "qanuni oğru"ya layiq deyil, ona görə də Əhmədi bu sıradan saymır.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.