Dünya

İsrailin "soyqırım" həmləsi

27 Aprel 2015 09:50
1 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rivlin erməni "soyqırımı" ilə əlaqədar rəsmi tədbir keçirən ilk prezident oldu

İsrailin prezidenti Reuven Rivlin 1915-ci ildə Osmanlı dövlətində meydana gələn deportasiyanı şərh edərkən baş verənləri kütləvi qətliam kimi dəyərləndirib.

Anspress-in məlumatına görə, Rivlin qondarma erməni soyqırımı ilə əlaqədar prezident iqamətgahında tədbir keçirib.

Tədbirdə çıxış edən İsrail prezidenti heç bir ölkəni ittiham etmədiklərini bildirib:

"Biz müəyyən bir ölkəni ittiham etməyə çalışmır, qətliam qurbanları və dəhşətli nəticələri ilə özümüzü eyniləşdirməyə çalışırıq. Erməni xalqı müasir kütləvi cinayətin ilk qurbanlarıdır".

Reuven Rivlin İsraildə qondarma erməni soyqırımı ilə əlaqədar rəsmi tədbir keçirən ilk prezident oldu.

Tədbirdə İsraildəki erməni icmasının nümayəndələri də iştirak ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.