Dünya

Qazaxlar prezident seçdilər

27 Aprel 2015 09:34
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25 ildir bu vəzifədə olan prezident, seçicilərin 97,7 faiz səsini qazanıb

Qazaxıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Anspress-in məlumatına görə, indiki prezident Nursultan Nazarbaev 97.7 faiz səslə beşinci müddətə prezident seçildiyini göstərir. Bunu ekzit-pollun nəticələri də təsdiqləyib.

Mərkəzi Seçki Komissiyası bildirib ki, seçicilərin 95.11 faizi səsvermədə iştirak edib. N.Nazarbayevin iki rəqibi elə də ciddi səs yığmayıb.

Ekspertlərin fikrincə, onlar hökumətyönlü simalar sayılırlar və seçki rəqabəti illüziyası yaratmaq üçün seçkiyə qatılıblar.

Namizədlərdən N.Nazarbayevin 74 yaşı var və 25 ildən çoxdur hakimiyyətdədir. Müxalifətə təzyiqlər və mediaya sərt nəzarəti nəzərə alanda onun beşinci müddəti asanlıqla qazanacağı gözlənirdi.

Keçmiş vilayət rəhbəri və Kommunist Partiyasını təmsil edən Turqun Sizdykovun 68 yaşı var.

Digər namizəd, 63 yaşlı Abelqazi Kusainov isə seçkiyə müstəqil namizəd kimi qatılsa da, vaxtilə bir neçə nazirlikdə vəzifə tutub və hazırda Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının rəhbəridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.