Dünya

Tarix bir anda məhv oldu - FOTO

27 Aprel 2015 10:42
0 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nepalda aprelin 25-də baş vermiş güclü zəlzələ nəticəsində ölkədəki bir sıra tarixi-memarlıq və mədəniyyət abidələri darmadağın olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rixter şkalası ilə 7,9 bal gücündəki yeraltı təkanın viran etdiyi abidələr arasında Nepalın paytaxtı Katmandudakı dünyaca məşhur Dharara qülləsi də var.
 

Nepalın simvollarından biri sayılan bu tikili indi yerlə birdir.
 

Zəlzələdə həlak olanların sayı artıq 3218 nəfərdir. Yerli xilasetmə xidmətindən verilən məlumata görə, bu rəqəmin 10 min nəfərə çatacağı istisna deyil.
 

UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil etdiyi Durbar Meydanı da viranə qalıb.
 

Nepalın simvollarından biri olan Syambhunaath Stupası (The Syambhunaath Stupa) da dağılıb.
 

Ümumiyyətləsə Nepalda unikal tarixi-memarlıq abidələri sayılan yüzlərlə bina dağılıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.