Dünya

Putin: "Prezidentlikdən gedə bilərəm..."

26 Aprel 2015 21:51
0 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putin prezidentlikdən getməyi tamamilə mümkün sayır. Musavat.com-un Rusuya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, "Prezident" filmində dövlət başçısı postunda 15 illik fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

"Özümü tamamilə bu vəzifədən kənar təsəvvür edə bilərəm" - bildirib Putin: "Əgər insan adi mənzilə qayıdıb orada yaşaya bilirsə, nəinki saray interyerlərində mövcud ola bilir, o zaman hesab edirəm ki, o, xarici aləmlə əlaqəni itirməyib".

Rusiya prezidenti hakimiyyətə gəlişinin ilk illərində - hökumətə rəhbərlik elədiyi dövrdə oliqarxların təzyiqləri ilə üzləşdiyini də söyləyib. "Yeltsin elan edəndə ki, mən prezidentliyə namizəd olacağam, onlardan bəziləri yanıma, kabinetə gəldilər və düz qarşımda oturub dedilər: "Başa düşürsünüz də, siz burada heç vaxt prezident ola bilməyəcəksiniz". Mən isə onlara dedim: "Baxarıq da"".

Oliqarxları necə neytrallaşdırmağa gəlincə, Putin qısaca belə "Bunu müxtəlif cür, müxtəlif vasitələrlə etdim" - deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.