Dünya

51 il sonra: 28 yaşlı ilk qadın partiya rəhbəri - FOTO

26 Aprel 2015 21:07
0 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsveç Xristian Demokratlar Partiyasının başqan kürsüsü uğrunda aparılan seçkilərin nəticələri məlum olub.

"Qafqazinfo" CİHAN-a istinadən xəbər verir ki, nəticələrə görə, partiyanın rəhbəri 28 yaşlı Ebba Busch Thor olub. O, Avropa Parlamentinin və öz partiyasının ən gənc rəhbəri seçilib. Ebba eyni zamanda partiyasında bir ilkə imza atıb. Xanım sıyasətçi 51 il sonra ilk qadın rəhbər kimi partiyada öz yerini alıb.

Qeyd edək ki, Ebba Busch Thor sözügedən partiyaya 2004-cü ildə üzv olub, 55 yaşlı Göran Hagglundun istefasından sonra partiya rəhbəri seçilib.

1964-cü ildə yaradılan Xristian Demokratlar Partiyasını İsveç Parlamentində 16 deputat, Avropa Parlamentində isə bir deputat təmsil edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.