Dünya

Türk həkim burun düzəltdiyi yerdə göz "çıxardı"

26 Aprel 2015 16:30
0 Şərh     Baxış: 5 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ərzurumda yerləşən Atatürk Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanasında plastik burun qırığı əməliyyatı zamanı xəstə görmə qabiliyyətini itirib.

AZƏRTAC Türkiyənin "Haberturk.com" saytına istinadən xəbər verir ki, 18 yaşlı Furqan Karanın keçirdiyi əməliyyat zamanı sol gözünün arxasında yığılan qanın optik sinirlərə etdiyi təzyiq nəticəsində görmə qişası zədələnib.

Xəstənin ailəsi artıq hadisə ilə bağlı məhkəməyə müraciət edib. Xəstəxana rəhbərliyi mövzu ilə bağlı şərh verməsə də, həkimlər əməliyyatlarda bəzən bu cür fəsadların meydana gəldiyini deyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.