Dünya

Obamanın məktubları ələ keçdi

26 Aprel 2015 16:13
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyalı hakerlərin Ağ Evin kompüter sisteminə müdaxiləsinin nəticələri gözləniləndən də artıq ciddi qiymətləndirilməlidir.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzetinin yazdığı məqalədə bildirilir.

Qəzet insidenti araşdıran yüksək rütbəli amerikalı məmurlara istinadən bildirir ki, təhqiqatçılar rusiyalı hakerlərin prezident Barak Obamanın görüşlərinin qrafiki barədə məlumatları ələ keçirməsi faktı artıq təsdiqini tapıb. Bundan başqa, hakerlər B.Obamanın elektron poçtuna da çıxış əldə edib, prezidentə gələn və onun tərəfindən göndərilən məlumat və məktubları oxuya biliblər.

Amma hakerlər xüsusi qorunan və B.Obamanın şəxsi "BlackBerry" smartfonunun məlumatlarının trafikini idarə edən serverləri sındıra bilməyiblər. Bu smartfon daim ya B.Obamanın özündə, ya da köməkçisində olur.

Bununla belə hakerlər Ağ Evdə çalışan məmurların elektron poçtunun arxivinə giriş əldə edə biliblər. Onlar B.Obamanın müntəzəm olaraq yazışdığı digər şəxslərin də məlumatlarını oxumağa nail olub, bununla da prezidentə aid xeyli informasiyanı ələ keçiriblər.

Ağ Evdən isə əmin edirlər ki, hakerlər amerikalı məmurların ciddi qorunan hökumət şəbəkəsi vasitəsilə paylaşdığı məlumatlara çıxış tapa bilməyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.