Dünya

Tikilən körpü uçdu, tonlarla betonun altında qaldı

26 Aprel 2015 11:44
0 Şərh     Baxış: 2 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almatıda tikilən körpünün uçması nəticəsində ölən fəhlənin meyidini bu gün çıxarıblar. 3 nəfərin vəziyyəti ağırdır.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Almatıda, Rıskulov və Sain küçələrinin kəsişməsində tikilən körpü cümə günü beton tökülərkən uçub.  Hadisə yerindən xəstəxanalara 21 nəfər çatdırılıb. Onlardan 11-i evə buraxılıb. Bir fəhlənin taleyi isə qaranlıq qalırdı.

"1955-ci il təvəllüdlü kişinin meyidi yerli vaxtla 17:15-də (şənbə günü - red.) aşkar edilib. Dağılan konstruksiyaların altından isə bazar gecəsi çıxarılıb, bundan sonra xilasetmə işləri bitib. Dağıntıların aradan qaldırılması ilə bundan sonra tikinti şirkəti məşğul olacaq", - agentliyin həmsöhbəti bildirib.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.