Dünya

Qar uçqunu "Google"un yüksək vəzifəli əməkdaşını öldürdü

26 Aprel 2015 10:09
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nepalda baş verən güclü zəlzələ səbəbilə Everest dağı yamacında olan bəzi alpinistlərlə yanaşı, "Google" şirkətinin əməkdaşı da həlak olub.

Anspress-in məlumatına görə, "Google" şirkətinin yüksək vəzifəli əməkdaşı Daniel Fredinburq Nepaldakı zəlzələ səbəbindən Everestdən enərkən qar uçqununun altında qalıb. Biznesmenin Everest zirvəsinə qalxması ilə məşğul olan Britaniyanın "Jagged Globe" şirkəti bu barədə xəbər yayıb.

Xəbərdə bildirilir ki, komanda üzvlərindən olan D.Fredinburq hadisə yerində dünyasını dəyişib, iki nəfər isə travmalarla xilas ola bilib.

Qeyd edək ki, Daniel Fredinburq "Google" şirkətində "Google X" yeni layihələr laboratoriyasında yüksək vəzifədə işləyirdi. Alpinizm isə onun hobbiləri arasında göstərilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.