Dünya

Qazaxıstanda prezident seçkiləri başa çatdı - YENİLƏNİB

26 Aprel 2015 20:08
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
20:08

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qazaxstanın bütün ərazisində prezident seçkiləri başa çatıb. Səs vermə yerli vaxtla saat 20:00-a kimi davam edib.

Saat 18:00-a olan vəziyyətə görə seçicilərin 86,69% səsvermədə iştirak edib

Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hal-hazırki prezident Nursultan Nazarbayev, digərləri isə Komunist Xalq partiyasının katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov.

Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.

Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.

---------
09:31

Qazaxıstanda yerli vaxtla saat 07:00-da prezident seçkilərində səsvermə başlayıb. Səsvermə saat 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərdə Qazaxıstan prezidenti vəzifəsi uğrunda namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülən indiki dövlət başçısı Nursultan Nazarbayev, namizədliyi öz partiyası tərəfindən irəli sürülən Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparacaqlar.

Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.

Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.

Bundan başqa, Qazaxıstan Xarici İşlər Nazirliyində 37 ölkədən olan xarici KİV-in 168 nümayəndəsi akkreditasiyadan keçib.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə bu ilin fevralında Qazaxıstan Xalq Assambleya Şurası çıxış etmişdi. Şura bəyan etmişdi ki, dünya iqtisadi böhranının artması və mürəkkəb beynəlxalq gündəm şəraitində seçkilərin keçirilməsi üzrə ümumxalq təşəbbüs zamantın tələbidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.