Dünya

Ərdogan: "Ermənilərə dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri təmizləməyə çağırıram"

25 Aprel 2015 18:05
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ötən əsrdə Almaniyanın səbəb olduğu iki dünya müharibəsində baş verənlər göz önündədir"

"Ermənilərə dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri təmizləməyə çağırıram. Soyqırımı haqda danışacaq ən axırıncı ölkələr Almaniya, Rusiya və Fransadır. Ötən əsrdə Almaniyanın səbəb olduğu iki dünya müharibəsində baş verənlər göz önündədir".

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə prezidenti İrəvanda qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirə 2 ölkə başçısının, lakin Çanaqqaladakı tədbirlərə 20 ölkənin prezidentinin qatıldığını bildirib: "Biz çox istəyərdik ki, Putin Ermənistana getməsin, Olland Ermənistana getməsin. İrəvanda iki, amma Çanaqqalada iyirmi prezident iştirak etdi. Avropa İttifaqı bizə ağıl öyrətməsin, bunu özünə saxlasın. Bizə deyirlər ki, arxivləri açın. Biz də 15 ildir ki, arxivlərimizi açmağa hazır olduğumuzu bəyan edirik. Bunların qulaqları var, eşitmir. Gözləri var, görmür. Dilləri var, həqiqətləri demir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.