Dünya

Hüquq müdafiəçisini güllələdilər

25 Aprel 2015 17:48
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə Pakistanın Karaçi şəhərində baş verib

Pakistanın Karaçi şəhərində hüquq müdafiəçisi Sabeen Mehmood avtomobillə evinə qayıdarkən naməlum şəxs tərəfindən atəşə məruz qalıb.

Anspress-in məlumatına görə, xəstəxanaya çatdırılan qadının bədənindən həkimlər 5 güllə çıxarıblar. Onun yanında olan anası ciddi yaralanıb.

Yerli polis bildirib ki, hüquq müdafiəçisinə atəş açan iki şəxs motosikletdə olub. Hələ ki, heç bir qrup hücumla bağlı məsuliyyəti üzərinə götürməyib.

S.Mehmood "The Second Floor -T2F" kafe-kitab mağazasının direktoru idi. Burada insan hüquqları ilə bağlı mütəmadi müzakirələr keçirilir. O, aprelin 24-də Bəlucistanda insan hüquqlarının pozulması ilə bağlı debatlar təşkil edib.

Xatırladaq ki, Karaçi Bəlucistan yaxınlığında yerləşir. Hüquq müdafiə təşkilatları tez-tez yerli təhlükəsizlik qüvvələrini insan hüquqlarını pozmaqda günahlandırırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.