Dünya

Mühərriki alovlanan sərnişin təyyarəsi təcili yerə enib

25 Aprel 2015 13:55
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi bu gün İstanbulun Atatürk hava limanından havaya qalxdıqdan sonra təcili geri dönüb.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, İstanbul-Milan reysi ilə uçan "Airbus 320" tipli təyyarənin havaya qalxdıqdan bir az sonra mühərriki alovlanıb.

Pilot təcili geri dönməyə qərar verib. Enərkən təyyarənin qanadlarından biri yerə sürtülüb. Yanğınsöndürənlər dərhal təyyarəyə yaxınlaşaraq yanğının qarşısını alıblar. Sərnişinlər panika halında təyyarəni tərk ediblər. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.