Dünya

Saakaşvili ağladı - FOTO

24 Aprel 2015 22:50
0 Şərh     Baxış: 3 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydanda gürcü əsgərlə vida mərasimi vaxtı göz yaşlarını saxlaya bilməyib.

"Qafqazinfo"nun Delfi-yə istinadən məlumatına görə, sabiq dövlət başçısı "Azov" batalyonunun hərbçisi Georgi Canelidzenin dəfnində ağlayıb.

Saakaşvili bu barədə öz facebook səhifəsində də yazıb:

""Şeytan" ləqəbli mərhum döyüşçü ölümündən əvvəl təhlükəli rus təlimatçısını məhv etməyi bacardı. Georgi həmin hadisədən bir neçə gün əvvəl başından yaralanmışdı. Həkimlər ona ayağa qalxmağı qadağan etmişdilər. Amma o, buna qulaq asmadı və döyüş tapşırığını yerinə yetirdi. Düşmən o qədər hiddətlənmişdi ki, hətta Georginin cəsədini də rahat buraxmadı..."

Vəfat edən əsgərin xanımı da hərbçinin üç övladını necə böyütməsindən, onlara vətənpərvərlik aşılamasından danışıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.