Dünya

Fahişə dedikləri bakirə çıxdı

19 Aprel 2015 17:00
10 Şərh     Baxış: 21 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bir qız eskortluq yolu ilə casusluq etməkdə ittiham olunub

Türkiyədə bir qadın eskortluq (bahalı fahişə) yolu ilə casusluq etməkdə ittiham olunub.

Anspress-in məlumatına görə, Türkiyə məhkəməsində həmin qadının pul qarşılığında kişilərə satıldığı və bu yolla da gizli məlumatlar əldə etdiyi iddia edilib.

Üstəlik, bu işi polkovnik İbrahim Sezerin təşkil etdiyi bildirilir. Amma peşəsi diş həkimi olan həmin qadın günahsız olduğunu sübut etmək üçün məhkəməyə bakirəlik haqqında raport təqdim edib.

Həmin qadınla bərabər başqa daha bir neçə hərbi təhsil alan qızlar da eskortluqda günahlandırılıb. Lakin məhkəmədə, həmçinin bildirilib ki, eskortluqda günahlandırılan diş həkimi və hərbi təhsil alan tələbələr qızlar qurbandırlar.

Müttəhimlərin vəkillərinin fikrincə, bu məhkəmə işinin qabardılmasında məqsəd əsgərlərin cəmiyyətin nəzərində alçaldılması, onların gözdən salınmasıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.