Dünya

Nişanı qaytarılan gəncin hiddəti 3 ömürü yarıda kəsdi

19 Aprel 2015 14:34
9 Şərh     Baxış: 16 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Türkiyədə qohumların bir-biri ilə yola getməməsi faciəyə səbəb oldu

 Türkiyədə nişanı qaytarılan gənc çıxış yolunu qətliamda görüb.

Anspress-in məlumatına görə, Manisa vilayətinin Soma rayonunda özəl bir mədən ocağında fəhləlik edən Özgür Çoban 24 fevralda sevdiyi Özləm Yenerlə nişanlanıb.

Cütlük evlilik hazırlığında olarkən qohumlar arasında narazılıqlar yaranıb. Bir-birlərini başa düşmədiklərini bildirən oğlan və qız adamları nişanı pozmağa qərar verirlər və hər iki tərəf qərarı qəbul edir.

Nişanın pozulmasını qəbul etməyən Özgür Çoban avtomobil kirayələyir və Özləm Yenergilin evlərinə doğru yola çıxır. Yolda nişanlısı və ailəsinin avtomobilini görən Çoban öz maşını ilə onların qabağını kəsir.

Evdən götürdüyü tüfənğlə keçmiş nişanlısını və onun atası Şaban Yeneri maşından düşürərək güllələyir. Sonra isə özünü vuraraq intihar edir.

Hər üçü aldıqları güllə yarasından hadisə yerində dünyalarını dəyişiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.