Dünya

NATO nazirləri Antalyaya toplaşacaq

18 Aprel 2015 21:26
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 13-14-də Türkiyənin Antalya kurort şəhərində NATO ölkələri XİN başçılarının toplantısı olacaq.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu barədə alyansın mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir.

Sammitin ev sahibi kimi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edir, lakin toplantıya sədrlik Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberqə həvalə olunacaq.

XİN başçıları səviyyəsində NATO-nun ənənəvi yaz müşavirəsinin gündəliyi dəqiqləşdirilir. Adətən belə planlı görüşlərdə beynəlxalq vəziyyət və alyansın siyasəti ilə bağlı aktual məsələlər müzakirə edilir.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.