Dünya

Mink razılaşmaları pozula bilər

18 Aprel 2015 20:38
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna üsyançılarının lideri deyib ki, Kiyev "DNR"in müstəqilliyini tanımasa Minskdə əldə olunmuş atəşkəs sazişi baş tutmayacaq.

BBC-ə danışan Aleksandr Zaxarçenko müstəqilliyini elan etmiş "Donetsk Xalq Respublikası"nın ərazisini genişləndirmək niyyətində olduğunu deyib.

Siyasətçi Kiyevi müharibəyə hazırlaşmaqda suçlayıb.
 

Onun sözlərinə görə Kiyevdəki hökumət Qərb vasitəçiliyilə əldə olunmuş sazişin şərtlərinə əməl etmir.
 

"Ukrayna bütün məsələləri həll etmək istəmir".
 

Bu həftə boyu təmas xəttində atəş səslənib.
 

Hərbi hərəkətlərin fəallaşması Rusiya, Almaniya, Fransa və Ukrayna arasında Minskdə imazalanan atəşkəs tələblərinin yerinə yetirilmədiyinə dəlalət edir, BBC müxbiri bildirir.
 

Ukrayna ordusu və rusiyapərəst qüvvələr ağır silahların geri çəkildiyini bildirirlər. Eyni zamanda tərəflər bir-birini təmas xəttində silah cəmləşdirmək və həmlə əməliyyatına hazırlıqda ittiham edirlər.
 

Cümə günü İnsan hüquqları üzrə BMT komissarı ötən ildən bəri davam edən Ukrayna münaqişəsində ölənlərin sayının 6116 çatdığını qeyd edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.