Dünya

Soçidən ermənilərə "şillə"

18 Aprel 2015 16:58
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Soçi şəhərinin rəsmi orqanları erməni icmasının uydurma erməni soyqırımının "100 illik yubileyi" ilə bağlı tədbirlər keçirməsinə icazə verməyib. Hüquq mühafizə orqanları bu cür tədbirləri şəhərdə ekstremizmin və terrorizmin təbliği kimi qiymətləndiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əlavə, yol kənarlarından uydurma soyqırımı ilə bağlı bannerlər yığışdırılıb, aprelin 18-də keçirilməsi nəzərdə tutulan anım mərasimi ləğv edilib.

Soçi Daxili İşlər İdarəsinin rəisi S.Oqurtsovun imzaladığı bildirişdə qeyd olunur ki, erməni diasporu qanunsuz aksiyalar keçirsə məsuliyyətə cəlb olunacaq.

Yeri gəlmişkən, 2011-ci ildə Soçi rəhbərliyi erməni diasporunu quldur erməni generalı Andranikin şəhərdə qanunsuz ucaldılmış heykəlini götürməyə məcbur etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.