Dünya

Şəhər meri yoxa çıxdı

18 Aprel 2015 14:34
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Federasiyası Mari El Respublikasının paytaxt Yoşkar Olanın meri itkin düşüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Yoşkar Ola meri Pavel Plotnikovun itkin düşməsi barədə polisə həyat yoldaşı bildirib.
 
O, ötən gecə polis bölməsinə gələrək, həyat yoldaşının sonuncu dəfə Yoşkar Oladakı İnşaatçılar küçəsinə getdiyini, ondan sonra barəsində heç bir məlumat ala bilmədiyini bildirib.
 
Hazırda şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.