Dünya

Rusiyada azərbaycanlı kriminal avtoritet saxlanıldı

18 Aprel 2015 14:20
0 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskva vilayətinin Noqinsk şəhərində əslən Azərbaycandan olan kriminal avtoritet Taleh Dağlıyev saxlanılıb.

APA-nın "İnterfax"a istinadən verdiyi xəbərə görə, kriminal aləmdə "Tolik Noqinskiy" adı ilə tanınan 32 yaşlı avtoritet hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən onun üzərindən tapança və patronlar tapılıb.

T. Dağlıyevin saxlanılması üçün xüsusi təyinatlı dəstə tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Kriminal avtoritet barəsində "Qanunsuz silah gəzdirmə" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.