Dünya

İraqda Səddam Hüseynin "varisi" öldürüldü

18 Aprel 2015 11:41
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İraqda edam edilmiş prezident Səddam Hüseynin "sağ əli" hesab edilən üsyançı lider İzzət İbrahim Duri Ərbil vilayətinin Hamrin dağlarında öldürülüb.

APA-nın məlumatına görə, bu barədə BBC məlumat yayıb. Duri aktiv şəkildə İŞİD-i dəstəkləyən "Ən-Nəxşbəndi döyüşçüləri ordusu"na rəhbərlik edib.

Duri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən devrilən və İraq məhkəməsinin qərarı ilə 2006-cı ildə edam edilən keçmiş prezident Səddam Hüseynin varisi hesab olunub.

Xatırladaq ki, son həftələr "İslam dövləti"nin Ərbil, Babil, Bağdad və Kərkük vilayətlərində mövqeləri zəifləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.