Dünya

"Türkiyə İŞİD-ə hərbi dəstək verir"

18 Aprel 2015 10:17
1 Şərh     Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəşər Əsəd Türkiyəni ağır ittiham etdi

Suriya prezidenti Bəşər Əsəd ötən ay ölkənin şimal-qərbindəki İdlib şəhərinin İŞİD terrorçuları tərəfindən zəbt edilməsinə görə Türkiyəni günahlandırıb.

Anspress-in məlumatına görə, prezident aprelin 17-də İsveç mətbuatında dərc olunan müsahibəsində bildirib ki, Suriya ordusunun şəhəri əldən verməsində Türkiyənin hərbi dəstəyi əsas rol oynayıb.

Lakin Bəşər Əsədin özünün İŞİD-lə əlaqəsini iddia edən qüvvələr də var. Suriya müxalifət liderləri Əsədi şəhərinin İŞİD terrorçuları ilə sövdələşmədə ittiham edir və onların fikrincə, bunun arxasında müxalif üsyançıları zəiflətmək durur.

Qeyd edək ki, Türkiyə hökuməti cavab olaraq Əsədin ittihamını rədd edib.

Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhəri hazırda İŞİD terrorçularının nəzarətindədir. İdlib 4 illik müharibədə Suriyada işğal edilən ikinci əyalət paytaxtıdır. Onlardan biri Raqqa şəhəri də 2013-cü ildən terrorçuların əlindədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.