Dünya

Ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb

1 Aprel 2015 22:23
0 Şərh     Baxış: 2 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dağıstanda bu gün baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in məlumatında bildirilib. Qəza yerli vaxtla 15.00 radələrində (Bakı vaxtı ilə 17.00) Dağıstanın Serqokalinski rayonu ərazisində "Lada-Kalina, "VAZ 2114" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb", deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.