Dünya

Məhkəmə Nemtsovun qətlində təqsirləndirilən şəxsi həbsdə saxlayıb

1 Aprel 2015 20:50
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva məhkəməsi Boris Nemtsovun qətlində ittiham edilən Anzor Qubaşevin həbs edilməsinin qanuni olduğuna dair qərar çıxarıb.
 

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl Moskva məhkəməsi siyasətçi B.Nemtsovun qətlində təqsirləndirilən digər şəxsin - Tamerlan Əsgərxanovun həbsini qanunsuz hesab edib.
 

O, növbəti məhkəmə iclasınadək həbsdə qalacaq.

Moskva məhkəməsi bu gün digər təqsirləndirilən şəxslər Həmzət Baxayev Şadid Qubaşevə qarşı da analoji qərar qəbul edib.
 

Məhkəmənin qərarı ilə siyasətçinin qatili hesab edilən Zaur Dadayev isə aprelin 28-dək həbsdə saxlanılacaq. Z.Dadayev qətldə əli olduğunu inkar edir.
 

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov Moskvanın mərkəzində bu il fevralın 28-i gecə qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.