Dünya

Poroşenkonun "Roshen"ini OMON-çular blokadaya aldılar

1 Aprel 2015 13:10
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna prezidenti Petro Poroşenkoya məxsus "Roshen" şokolad zavodunun Rusiyanın Lipetsk şəhərindəki filialı OMON-çular tərəfindən mühasirəyə alınıb.

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, işçi heyətinin zavod ərazisinə buraxılmadığı bildirilir. Ərazidə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları axtarış aparırlar.

İşçilərin sözlərinə görə, zavodu maskalı şəxslər əhatəyə alıb, bütün personalı isə akt zalına toplayıblar. Lipetsk filialının mətbuat katibi bildirib ki, axtarışın nə səbəbdən aparıldığından xəbərsizdirlər.

Məlumatda qeyd edilir ki, "Roshen"in bu filialı hələ 13 il əvvəl açılıb və ümumilikdə zavodun istehsal etdiyi məhsulların Rusiya bazarındakı payı 7%-dir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.