Dünya

Avropanın göbəyində qasırğa 7 nəfəri öldürdü

1 Aprel 2015 12:44
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çərşənbə axşamı Almaniyanın bir çox bölgəsini dağıntılara məruz qoyan "Niklas" qasırğası 7 nəfərin həyatına son qoyub, bir neçə nəfər xəsarət alıb.

Trend-in DPA-ya istinadən verdiyi məlumata görə, Bavariya və Reynland-Pfalts federal torpaqlarında ağacların avtomobillər üzərinə aşması nəticəsində üç nəfər həlak olub. Saksoniya-Anhaltda isə bir kişinin üzərinə beton divar aşıb. Daha üç nəfər digər hadisələrin qurbanı olub. Bununla belə, xəsarət alanların dəqiq sayı məlum deyil.

Polis və yanğınsöndürənlər avtomobil yollarını təmizləməyə davam edirlər. Qasırğa nəticəsində aşan yük maşınları avtobanlarda uzun tıxacların yaranmasına səbəb olub. Hamburqda hava şəraitinin pisləşməsi ilə bağlı 63 aviareys təxirə salınıb. "Deutsche Bahn" konserni Bavariyaya uzaqmənzilli qatarların hərəkətini dayandırıb. Şimali Reyn-Vestfaliya federal torpağında isə bütün şəhərdaxili dəmiryolu reysləri təxirə salınıb. Bəzi məlumatlara görə, qonşu ölkələr Avstriya və İsveçrədə də bir neçə nəfər bu təbii fəlakətin qurbanı olublar.

Almaniyanın qərbini, şimalını və cənub-qərbini əhatə edən "Niklas" qasırğasının sürəti bəzi yerlərdə 42 metr/saniyəyə çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.