Dünya

Məşhur sənətçi xərçənglə savaşır

1 Aprel 2015 12:20
0 Şərh     Baxış: 1 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hamımızın duası ilə daha yaxşı olacaq"

Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Kayahanın səhhəti getdikcə pisləşir.

Anspress-in məlumatına görə, ötən həftə xəstəxanaya yatırılan Kayahanın son vəziyyəti ilə bağlı açıqlamanı həyat yoldaşı İpək Acar verib.

O, sosial şəbəkədə məşhur sənətçi ilə birlikdə olan şəkillərindən birini paylaşıb və sevənlərindən dualarını əskik etməməyi istəyib.

"Böyük sevginiz, dualarınız, gözəl diləkləriniz və mənə güc verdiyiniz üçün çox sağ olun. Bu çətin günlərimizdə yanımızda olan hamıya təşəkkür edirik. Hamımızın duası ilə daha yaxşı olacaq", - deyə sənətçinin xanımı bildirib.

Bundan başqa, o, bir neçə gün əvvəl sosial şəbəkədə martın 29-da 66 yaşı tamam olan Kayahanın tezliklə sağalacağına ümid etdiyini yazmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.