Dünya

Yəməndə çox sayda qatıqçı fəhlə öldü

1 Aprel 2015 09:47
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə nəticəsində 29 fəhlə ölüb, 18 nəfəri ağır olmaqla 25 nəfər xəsarət alıb

Yəmənin Hüdeydə şəhərindəki qatıq fabrikində yanğın baş verib.

Anspress-in məlumatına görə, bədbəxt hadisə nəticəsində 29 fəhlə ölüb, 18 nəfəri ağır olmaqla 25 nəfər xəsarət alıb.

Yəmən Səhiyyə Nazirliyi Hüdeydə bürosunun rəhbəri Əbdürrəhman Carullah "Anadolu" agentliyinin bölgə müxbirinə verdiyi açıqlamada faktı doğrulayıb.

Bəzi mənbələr Ərəb koalisiyasının husilərə qarşı keçirdiyi hava hücumu zamanı fabrikə qəlpə dəydiyini və yanğının da bu səbəbdən baş verdiyini iddia edirlər.

Digər bir mənbə isə yanğının husilərin nəzarətində olan hava limanından həyata keçirilən tank atəşi zamanı baş verdiyini iddia edib.

Fabrik rəhbərliyi isə hadisə barədə açıqlama verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.