Dünya

Sirli olay: əfsanəvi milyarderin nəvəsi ölü tapıldı - FOTO

1 Aprel 2015 09:41
0 Şərh     Baxış: 2 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın və dünyanın ən böyük, ən məşhur neft şirkətlərindən olan "Getty Oil Company" korporasiyasının banisi, multimilyarder Jan Pol Gettinin nəvəsi Endryu Getti Los-Ancelesin Hollivud Hills səmtindəki malikanəsində ölü tapılıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 47 yaşlı multimilyarderin ölümü şübhə doğurur. Bu səbəbdən onun sabiq sevgilisi saxlanılıb.

Endryu Gettinin cəsədi vanna otağında idi.
 

Qonşuların dediklərinə görə, Endryu Getti ilə sevgilisi indiyədək dəfələrlə dava ediblər. Onların malikanəsinə on dəfələrlə polis çağırılmışdı. Pol Getti ilə sevgilisinin sürəkli olaraq narkotik maddələr qəbul etdikləri də vurğulanır.
 

Endryu Getti "Getty Oil Company"nin banisi Pol Gettinin üç oğlundan biri Qordon Gettinin övladıdır.

Dünyanın ilk milyarderlərindən biri, ABŞ-ın ən varlı iş adamı olmuş Jan Pol Getti həm də tanınmış kolleksionerdi. Onun yaratdığı trast fondu "J.Paul Getty Museum" və daha bir neçə qurumu maliyyələşdirir.
 

Getti ailəsinin varidatı hazırda 5 milyard dollardır.

Endryu Getti atası ilə bahəm, əfsanəvi babasının da birbaşa varisi idi.
 

Los Angeles Times bildirir ki, Endryu Gettinin valideynləri Qordon və Enn Gettilər oğullarının ölümünü təsdiqləyiblər.

Jan Pol Gettinin digər nəvəsi Mark Getti "Getty Images" şirkətinin banisi və sahibidir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.