Dünya

Bu şəhərdən Bakıya reys ləğv edildi

31 Mart 2015 10:14
0 Şərh     Baxış: 2 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Omsk aeroportu Bakıya olan birbaşa reyslərini təxirə salır.

Anspress-in məlumatına görə, bu barədə aeroportun rəsmi saytında 29 martdan 24 oktyabra kimi reyslərinin cədvəlində qeyd edilib.

Beynəlxalq reyslərdə Bakıdan əlavə, Bişkek, Düşənbə, İrəvan, Daşkənd, Pekin, İstanbul, Dubay, Varna və Saloniki şəhərlərinə birbaşa uçuşlar ləğv olunub.

Bundan əlavə, aeroport yerli reyslərdə Omsk-Moskva istiqamətində uçuşları 11-dən 8-ə endirib. Xabarovsk, Xantı-Mansiysk, İrkutsk, Krasnodar və Gelencik şəhərlərinə bir başa reyslər təxirə salınıb.

Qeyd edək ki, aeroport rəsmiləri bir çox beynəlxalq və yerli reyslərin təxirə salınmasını iqtisadi böhranla əlaqələndirirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.