Dünya

Hökumət qüvvələri mülki avtomobili atəşə tutdu

31 Mart 2015 10:07
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donbas regionunda hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında gərginlik qalmaqdadır

Ukraynanın Donbas regionunda hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında gərginlik qalmaqdadır. Tərəflər arasında atəşkəs rejimi müşahidə olunsa da, ara-sıra ölümlə nəticələnən atışma da baş verir. İki gün öncə Donetskin Şirokin şəhərində təmas xətti yaxınlığında hökumət qüvvələri avtomobili iriçaplı silahlarla vurublar. Nəticədə bir mülki vətəndaş ölüb, bir nəfər isə yaralanıb. Üsyançılar sübut üçün ATƏT rəsmilərini də hadisə yerinə dəvət ediblər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, üsyançılar bildiriblər ki, münaqişənin başa çatmasına Kiyev mane olur.

"Minsk razılaşması icra olunmur. Ali Radanın fəaliyyəti nəticəsində qarşı tərəf razılaşma əsasında heç bir addım atmır. Buna baxmayaraq, ümumiyyətlə, atəşkəsə riayət olunur", - deyə üsyançıların lideri Andrey Purgin bildirir.

Almaniya kansleri Angela Merkel Rusiya Minsk razılaşması öhdəliklərini yerinə yetirənədək rəsmi Moskvaya qarşı təzyiqlərin davam etdirilməsinə çağırış edib.

"Biz Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirmişik. Lakin bu, müəyyən prinsiplər əsasında olmalıdır. Gürcüstandakı hadisələri, Krımın birləşdirilməsi və Rusiyanın Luqansk və Donetskdəki fəaliyyətini nəzərə aldıqda rəsmi Moskvanın bu prinsiplərə riayət etmədiyini görürük".

Ukrayna prezidenti Pyotr Poroşenko Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasından nümayəndə heyətini qəbul edib. Kiyevdə baş tutan görüşdə tərəflər Amerikanın Ukraynaya hərbi yardımı məsələsini müzakirə ediblər.

Amerika hökuməti indiyə qədər Ukraynaya 10 zirehli avtomobil verib. Ukrayna hərbi qüvvələri hərbi dəstək proqramı çərçivəsində daha 230 HAMVİ tipli zirehli avtomobil ilə təchiz olunacaq.

"Düşünürəm ki, bu, bizə çox kömək edəcək. Bizə gecə eynəklərindən tutmuş, HAMVİ tipli avtomobillərə qədər hər cür hərbi texnika lazımdır".

Poroşenko aprel ayında amerikalı hərbçilərin Yavoriv şəhərində ukraynalı əsgərlərə təlim keçəcəyini də deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.