Dünya

Torpağa basdırılmış 50 Quran tapıldı - VİDEO - FOTO

31 Mart 2015 09:47
0 Şərh     Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Bingöl vilayətində yolun kənarında torpağa basdırılmış 50-yə yaxın Qurani-Kərim tapılıb.

Anspress-in "İHA"ya istinadən verdiyi məlumata görə, Yuxarı Akpınar kəndinin sakini getdiyi yolun kənarında bir neçə Quran kitabı aşkarlayıb.

Yaxınlıqda torpağa basdırılmış çox sayda Quran olduğunu görən həmin şəxs bu barədə kənd bələdiyyəsinə məlumat verib.
Kənddən gələn nümayəndə heyəti kitabları toplayaraq kənd məscidinə aparıb.

Kəndin din xadimi isə bildirib ki, köhnəldiyi zaman müqəddəs kitabı istifadədən kənarlaşdırmağın yolu bu deyil:

"Qurani-Kərim köhnəldiyi, yırtıldığı zaman bir din xadimindən soruşsunlar, o necə təklif edərsə, o cür də istifadədən kənarlaşdırsınlar. Bu Quranları qurudub istifadəyə yararlı olanları saxlayacağıq. İstifadəsi mümkün olmayanları da məsləhət olduğu kimi istifadədən kənarlaşdıracağıq".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.