Dünya

"Türk Hava Yolları"nın təyyarəsində növbəti bomba həyəcanı

30 Mart 2015 18:36
0 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Türk Hava Yolları" aviaşirkətinin İstanbul-San Paulu reysini həyata keçirən təyyarəsi laynerin göyərtəsinə bomba qoyulması barədə məlumata görə Mərakeşin Kasablanka şəhərinin aeroportuna məcburi eniş edib.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata əsasən, təyyarə İstanbuldan havaya qalxdıqdan sonra yerüstü xidmət pilotlara məlumat verib ki, aeroporta təyyarənin göyərtəsinə bomba qoyulması barədə anonim zəng daxil olub.

Buna görə də pilotlar Kasablanka aeroportuna eniş etmək qərarına gəliblər.

Hadisənin digər təfərrüatları bilinmir.

Qeyd edək ki, ötən gün "Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Tokio reysi təyyarənin yük bölməsində bomba olması ehtimalı səbəbindən təcili olaraq dayandırılmışdı. Göyərtəsində 321 sərnişin olan "Boeing 777-300" təyyarəsi İstanbuldan Tokioya istiqamət alıb. Qara dəniz üzərində uçuş zamanı stüardessalardan biri tualet qapısının üstündə "C4 Kargo" yazısını görüb. Bu, nəzəri olaraq laynerin yük bölməsində plastik partlayıcının olduğunu göstərə bilər.

Hava gəmisinin kapitanı müvafiq yoxlama aparılması üçün aeroporta qayıtmaq icazəsi istəyib. Mütəxəssislər təyyarədə bütün xidməti yükləri və sərnişinlərin baqajlarını yoxlayıb, lakin heç bir partlayıcı vasitə aşkar etməyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.