Dünya

Rusiyalı deputat: "Mən Yerevanda heç bir anti-Azərbaycan bəyanatı ilə çıxış etməmişəm"

30 Mart 2015 18:28
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mən Yerevanda heç bir anti-Azərbaycan bəyanatı ilə çıxış etməmişəm, belə bir çıxış olmayıb. Ümid edirəm ki, heç nə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmayacaq və salmamalıdır da..."

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Azərbaycan Xarici İşlər Nazirliyinin onunla bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib.

L.Slutski erməni mənbələrinin yanlış və dezinformasiya xarakterli məlumatlar verdiyini qeyd edib. O, Bakıda çıxışı zamanı Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu vurğuladığını da xatırladıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ATƏT-in Minsk Qrupu formatında aparılır, həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri olan Rusiya orada mühüm rola malikdir. Əgər mənim nitqimin orijinalına diqqət yetirilsə, orda Azərbaycanın əleyhinə heç bir ifadə yer almadığı görünər".

L.Slutski Azərbaycanın dostu olduğunu və bundan sonra da olacağını bəyan edib: "Rusiya və onun nümayəndələri hər zaman sülhməramlı tərəf kimi çıxış edilər".

Qeyd edək ki, erməni mediası Leonid Slutskinin Yerevanda keçirdiyi mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirdiyini qeyd edib, onun "sitatlarını" təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bununla bağlı etiraz açıqlaması yayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.