Dünya

Gəlin toydan 1 gün sonra intihar etdi

30 Mart 2015 17:18
0 Şərh     Baxış: 6 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda müəllim işləyən 29 yaşlı Sait Tokkaş 3 ildir nişanlı olduğu qızla dünən Ulduz məhəlləsində keçirilən toy mərasimi ilə evlənib

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük toyun ardından Yenicəmi məhəlləsindəki evlərinə gedib.

Toyun ertəsi günü kürəkən Sait Tokkaş gecə toyun edildiyi təxminən 5 kilometr məsafədəki Ulduz məhəlləsində qalan avtomobilini götürmək üçün evdən çıxıb. Avtomobilini götürüb evə dönən Sait Tokkaş iddiaya görə israrla zəngi basmasına baxmayaraq həyat yoldaşının qapını açmaması və içəridən də səs gəlməməsindən şübhələnərək polisə xəbər verib. Hadisə yerinə gəlib qapını sındıraraq evə girən polis gəlini yataq otağında boğazında iplə yerdə ölü olaraq tapıb. Xanım Tokkaşın özünü tavandan asdığı ipin qopması nəticəsində yerə düşdüyü iddia edilib.

Gəlinin intihar etmədən əvvəl otağının qapısı arxasına yığdığı əşyalar səbəbi ilə polislərin də çətinliklə içəri girə bildikləri məlum olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.