Dünya

Ermənistanda istixana sahibləri Türkiyədən pomidor idxalına etiraz ediblər - FOTO

30 Mart 2015 16:57
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanın kiçik sahibkarları - istixanaların sahibləri bu gün hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın news.am saytına istinadən xəbərinə görə, onlar Türkiyədən pomidor idxal etməmək tələbini irəli sürüblər.

Onlar bildiriblər ki, türk pomidorlarının idxalı və qiymətin eyni olması səbəbindən yerli sahibkarlar öz mallarını sata bilmirlər: "Mavi yanacağa, gübrələrin, paketlərin alınmasına xeyli pul xərcləyirik, son nəticədə isə uduzmağa məhkumuq".

Kənd təsərrüfatı naziri Serqo Karapetyan 12 istixana sahibini qəbul edib və problemin həll ediləcəyinə söz verib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.