Dünya

Yəməndə toqquşmalar nəticəsində 38 nəfər ölüb

29 Mart 2015 20:27
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yəmənin cənubunda yerli özünümüdafiə dəstələri və şiə üsyançıları (husilər) arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Sky News-Arabia" telekanalı məlumat yayıb.

Məlumatda çoxsaylı yaralıların olduğu bildirilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.