Dünya

Fransada qəzaya uğrayan təyyarənin "qara qutusu"nun tam stenoqramı açıqlandı

29 Mart 2015 17:45
0 Şərh     Baxış: 2 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniyanın "Bild" qəzeti Fransa cənubunda qəzaya uğrayan Airbus A-320 təyyarəsinin "qara qutusu"nun yazısının tam stenoqramını açıqlayıb.

APA-nın məlumatına görə, stenoqrama əsasən, ekipaj komandiri kabinənin qapılarını bağlamış ikinci pilot Andreas Lyubitsa "Bu lənətə gəlmiş qapını aç" deyə qışqırır.

Həmçinin məlum olub ki, həmin an arxada oturan sərnişinlər qışqırırlar və kabinənin qapılarına zərbələr endirilir. A.Lyubitsa isə bu müddət ərzində səsini çıxarmır.

Audioyazı 1,5 saat davam edir. Ekspertlər belə qənaətə gəliblər ki, təyyarə təxminən saat 10:40-da dağa çırpılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.