Dünya

Avstraliya rəqəmsal sürücülük vəsiqələrindən istifadəyə keçir

29 Mart 2015 15:26
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatı əhaliyə sürücülük vəsiqələrinin rəqəmsal versiyasını təklif edir. Növbəti dörd il ərzində ştatın sakinləri plastik vəsiqələri əvəz edəcək rəqəmsal lisenziyalardan istifadə edəcəklər.

Trend Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, hakimiyyətdə olan Liberal-Milli Koalisiya Partiyası növbəti seçkilərdə də qalib olsa, növbəti dörd il ərzində sürücülük, gəmi və balıqçılıq üçün tələb olunan lisenziyalar da rəqəmsal formatda vətəndaşlara təqdim ediləcək.

Hazırda Avstraliyada 123 müxtəlif növlü lisenziya tətbiq olunur və hər il 2,8 milyon plastik kart istifadəyə verilir. Bu da on milyonlarla dollar artıq vəsaitin xərclənməsi deməkdir. Qeyd edək ki, cari lisenziyalardan istifadə ləğv olunmayacaq və vətəndaşlar rəqəmsal lisenziya və cari lisenziya arasında seçim etmək hüququna malik olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.