Dünya

Prezident seçkilərində terror

29 Mart 2015 10:57
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nigeriyada keçirilən prezident seçkiləri zamanı "Boko Haram" qruplaşması çoxsaylı zorakılıqlar törədib.

Anspress-in məlumatına görə, silahlılar prosesə əngəl olmaq üçün bir neçə seçki məntəqələrinə hücum ediblər. Burataya vilayətində 23 nəfər başları kəsilərək edam olunub. Silahlılar bir neçə sakinin evlərinə od vurublar. Hücumlar zamanı azı 32 nəfər yaralanıb.

Səsvermə zamanı bir neçə yerdə partlayışlar da törədilib.

Zorakılıqlara baxmayaraq, hazırkı prezident Qudlak Conatan qeydiyyatda olduğu Otuoke şəhərində səs hüququndan istifadə edib.

Seçkilər bu gün də davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.