Dünya

Nemtsovun ruhu təhqir olundu

29 Mart 2015 11:08
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın paytaxtı Moskvada bir müddət əvvəl qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun memorialı dağıdılıb.

Anspress-in məlumatına görə, ötən gecə bir qrup şəxs mərhumun xatirəsinə onun qətlə yetirildiyi yerə düzülmüş gülləri, fotoşəkilləri və şamları dağıdıb. Bunun kim tərəfindən törədildiyini müəyyən etmək hələlik mümkün olmayıb.

Buna baxmayaraq, insanlar yenidən memorialı ziyarət edib, qətlin törədildiyi yerə qərənfillər düzüblər.

Nemtsov fevralın 27-sində Kreml yaxınlığında öldürülmüşdü. Faktla bağlı istintaq araşdırması davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.