Dünya

Prezident qaçıb ölkəsini bombalayanlara sığındı

29 Mart 2015 11:11
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənsur Hadi ölkəsini bombardman edən Səudiyyə Ərəbistanına sığınıb

Yəmənin legitim prezidenti Əbd-Rəbbo Mənsur Hadi qaçaraq ölkəsini bombardman edən Səudiyyə Ərəbistanına sığınıb.

Anspress-in məlumatına görə, Hadi üsyançılara qarşı mübarizədə beynəlxalq ictimaiyyətdən də dəstək istəyib.

O bilidirib ki, ölkədə baş verən hadisələr vətəndaş müharibəsinə çevrilməmiş qarşıdurmalara əngəl olmaq lazımdır. "Husilər bizim suverenliyimizə müdaxilə edirlər. Onlar məbədləri dağıdır, hərbi bazalardan oğurluq edir və mülki müsəssisələr üzərində nəzarəti ələ alırlar. Onlar şəhərləri mühasirədə saxlayırlar", - deyə Əbd-Rəbbo Mənsur Hadi əlavə edib.

Yəməndə hökumət qüvvələri ilə husi üsyançıları arasında qarşıdurmalar davam edir. Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qırıcıları husilərin mövqelərini ötən gün də bombalayıblar.

Hərbi hava qüvvələri hazırda dövlətin əsas istehkamı olan Ədən şəhərinə istiqamətlənmiş üsyançı karvanına aviazərbələr endiriblər. Eyni zamanda, paytaxt Sənada hava limanı ətrafı aviazərbələrə məruz qalıb. Son 3 gündə qarşıdurmalar zamanı ölənlərin sayı 60-ı keçib.

Husilər Səudiyyə Ərəbistanını Yəmənə fəal hərbi müdaxilə etməkdə ittiham ediblər. Gərgin vəziyyətlə əlaqədar Birləşmiş Millət Təşkilatının 140 diplomatı dəniz yolu ilə Yəməni tərk edib.

Husilərə qarşı birgə hərbi əməliyyatlar məsələsi ötən gün Ərəb Liqasının da gündəmində olub. Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən iclasda, əsasən, Liviya və Misir regional problemləri həll etmək üçün birgə hərbi qüvvələrin yaradılmasını vacib hesab ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.