Dünya

Özbəkistanda prezident seçkiləri keçirilir

29 Mart 2015 10:25
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda prezident seçkiləri keçirilir

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 06.00-da açılıb və 20.00-da bağlanacaq.

Prezidentlik uğrunda 4 namizəd mübarizə aparır. Hazırki prezident İslam Kərimovun rəqibləri Xalq Demokrat Partiyasından Hatəmcon Ketmonov, "Milli tıklaniş" Demokrat Partiyasından Akmal Saidov və Sosial-Demokrat "Adolat" Partiyasından Narimon Umarovdur.

Ölkə üzrə 135 seçki dairəsi və 9058 seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdəki diplomatik nümayəndəliklərdə 44 seçki məntəqəsi açılıb. 20,8 milyon seçici səsvermə hüququna malikdir. Seçicilərin 33 faizindən çox iştirak edərsə, seçki baş tutmuş sayılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.