Dünya

Nüvə problemi həll olunur?

28 Mart 2015 17:59
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilər, eləcə də "altı"lıq gələcək razılığın formalaşması üçün iki-üç səhifədən ibarət çərçivə razılaşma imzalanacağına ümid bəsləyir.

Anspress-in məlumatına, etibarlı mənbədən bildirilib ki, tərəflər yekun qərara çox yaxındır, tezliklə razılaşma imzalana və elan oluna bilər.

Digər mənbənin məlumatında isə deyilir ki, İran nüvə proqramı üzrə danışıqların iştirakçıları razılaşmanın əsas detallarını qızğın müzakirə edirlər, amma onun gələcəyi hələ müəyyən edilməyib və danışıqlar yenə də dayandırıla bilər.

Xatırladaq ki, İsveçrənin Lozanna şəhərində martın 26-da Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya və İran arasında danışıqların növbəti raundu başlayıb. Tərəflər martın sonuna kimi razılaşmanın siyasi hissəsinin hazırlanması üçün diplomatik səyləri gücləndirir. Yekun sənəd isə bu ilin iyununda imzalanmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.