Dünya

AST Telmanın lüks oteli ilə bağlı açıqlama

28 Mart 2015 17:13
1 Şərh     Baxış: 6 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mardan Palace"ın borca düşməsi xəbərinə aydınlıq gəldi

Türkiyənin Antalya şəhərindəki dünyanın ən lüks otellərindən biri ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.

Anspress-in məlumatına görə, azərbaycanlı iş adamı Telman İsmayılov (AST Telman) tərəfindən 1,4 milyard dollara inşa edilən "Mardan Palace"ın borca görə satışa çıxarılması xəbərlərinə şirkətin CEO-su Natiq Abbasov və İcracı direktoru Çetin Pehlivan münasibət bildirib.

N.Abbasov fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər qrupunun turizm sahəsindəki ilk layihəsi olan "Mardan Palace" otelin qürur qaynağı olan layihələrindən olduğunu deyib: "Bank rəsmiləri ilə hüquqşünaslarımız arasında aparılan danışıqlar son mərhələyə çatıb. Bu prosesin ən gec gələn həftəyə qədər yekunlaşmasını gözləyirik. Bu prosesinin "Mardan Palace"ın qonaqlara göstərdiyi VİP xidmət ilə heç bir əlaqəsi yoxdur", - deyə N.Abbasov söyləyib.

"Mardan Palace" otelinin icraçı direktoru Çetin Pehlivan isə fəaliyyətə başladıqları 2009-cu ildən bu yana bu cür xəbərlərin gündəmə gəldiyini deyib. O bildirib ki, bu cür xəbərlər xidmət keyfiyyətinə qəti təsir etmir: "Əksinə, hər il artan tələblərlə, ilə 144 fərqli ölkədən minlərlə qonağa xidmət edirik. Min nəfərlik bir personalla saray xidməti təqdim edirik. Otelimiz Novruz bayramı ilə əlaqədar olaraq iranlı qonaqlara ev sahibliyi edir", - deyə otelin icraçı direktoru bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.