Dünya

Təhsil haqqını ödəmək üçün fahişəlik edirlər

28 Mart 2015 17:26
0 Şərh     Baxış: 2 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onların çoxu ailələrinin və dostlarının ittihamlarından qorxduqları üçün bunu gizli saxlayırlar

Britaniyalı tələbələrin dördə biri təhsil haqqını ödəmək və ya ümumiyyətlə, yaşamaq üçün seks-industriyada çalışırlar. Anspress-in məlumatına görə, tələbələr arasında keçirilən sorğunun nəticəsi belə deyir.

Sözügedən geniş maştablı araşdırmada Böyük Britaniyada təhsil alan 6000 tələbə iştirak edib və onların 22 faizi kommersiya seksi ilə məşğul olduqlarını deyiblər. Bunlardan hər iyirmincisi isə sadəcə, ali təhsil almırlar, onlar elmi dərəcə üzərində işləyirlər.

Layihənin saytında yerləşdirilən məqalədə deyilir ki, qadınlarla müqayisədə kişilər daha çox seks-industriya sahəsinə cəlb edilirlər. Bu tələbələr yaşayışlarını təmin etmək üçün təkcə fahişəlik etmirlər, eyni zamanda eskort-xidmətlər, erotik rəqslər, telefonla seks kimi xidmət növləri ilə pul qazanırlar.

Alınan məlumatlarlar onu göstərir ki, kommersiya seksi sahəsində çalışan tələbələrin 39%-i təhsil haqqını ödəmək üçün götürdükləri kreditin məbləğini azaltmaq məqsədilə bu münasib olmayan peşəni seçiblər. 45% tələbə isə krediti bağlamaq məqsədilə bu yola əl atıb.

Tələbələrin çoxu ailələrinin və dostlarının ittihamlarından qorxduqlarından bunu gizli saxladıqlarını bildiriblər. Araşdırma məqaləsi universitetdə oxumaq üçün pul toplayarkən fahişəliyə başlayan tələbə qızın hekayəsi ilə başlayır. İştirakçıların çoxu iş vaxtı özlərini təhlükəsiz hiss etmədiklərini etiraf ediblər.

Belə ki, fahişələrin bəziləri həddindən artıq cüssəli və əzələli müştəriyə xidmət edərkən döyüləcəklərindən qorxub böyük stress keçirdiklərini qeyd ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.