Dünya

Böyük hücum planı

28 Mart 2015 15:17
0 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parubi: "Hücum çox parlaq olmalıdır və Rusiya ordusu gücünü göstərməlidir"

Donbasda mövqe tutmaqda olan Rusiya qoşunları genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

Anspress-in məlumatına görə, bu barədə Ukrayna Ali Radasının birinci vitse-spikeri Andrey Parubi bildirib.

"Hazırda Ukrayna - Rusiya sərhədinə böyük qüvvələr yığılıb. Bir çox məlumatlara görə, bu, artıq sirr deyil ki, yaxın həftələrdə geniş miqyaslı hərbi əməliyyatların başlanması riski var. Putin sanır ki, bu hücum çox parlaq olmalıdır və mayın 9-da Rusiya ordusunun gücünü göstərmək istəyir", - deyə Parubi vurğulayıb.

"Putini dayandırmağın iki yolu var. Birinci yol, iqtisadi sanksiyalar yolu ilə onun cinayət imperiyasını məhv etməkdir. İkinci yol isə yaxşı silahlandırılmış Ukrayana batalyonlarıdır ki, onlar Rusiya qoşunlarını dayandıra bilərlər", - deyə vitse-spiker bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.